
Millətlər Liqasının bürünc mükafatçısı müəyyənləşdi
- 19:30
- 33
UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar.
Almaniyanın Ştutqart şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu gün həlledici oyunda Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.