
“Milan”da Konseysaonu Alleqri əvəzlədi - Rəsmi
- 30 May 2025 16:30
- 92
"Milan" yeni baş məşqçisinin adını açıqlayıb.
Rekord.az İtaliya klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın "sükan"ı Massimiliano Alleqriyə tapşırılıb.
Amma müqavilənin detalları barədə açıqlama verilməyib.
İtaliyalı mütəxəssis ötən gün istefaya göndərilmiş portuqaliyalı Serjio Konseysaonu əvəzlənib.
Xatırladaq ki, Alleqri 2010-2014-cü illərdə də "Milan"ı çalışdırıb.