"Milan" rəhbərliyi Stefano Pioli ilə müqavilə müddətini uzatmaq istəyir.

Rekord.az xəbər verir ki, "rossonyerlər" 57 yaşlı mütəxəssisə daha bir illik müqavilə təklif edib.

2019-cu ilin oktyabrından "Milan"ı çalışdıran italiyalı məşqçi yeni müqavilə razılaşarsa, 2024-cü ilə qədər komandaya rəhbərlik edəcək.

Ötən mövsüm komanda onun rəhbərliyi altında İtaliya A seriyasını qazanıb.