"Real"ın fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir. Hazırda ABŞ-də olan Madrid təmsilçisi klublararası dünya çempionatında iştirak edir. Mbappe ilk turda, Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivinə qarşı keçirilən matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.