
Mbappe PSJ-dəki gələcəyi ilə bağlı qərar verdi
- 24 May 2023 14:20
- 358
Kilian Mbappe 2024-cü ilin yayında PSJ-ni tərk edə bilər.
Rekord.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, bu ilin iyul ayının sonuna kimi hücumçunun parislilərlə müqaviləni 2025-ci ilin yayınadək uzatmaq hüququ var.
Amma 25 yaşlı hücumçu Paris təmsilçisi ilə müqaviləni yeniləmək fikrində deyil. O, sözləşmənin 2025-ci ilin yayınadək uzadılmasına imkan verən variantdan istifadə etməyəcək.
Fransalı hücumçu ötən mövsümün sonunda PSJ ilə 2+1 şərti ilə yeni müqavilə imzalamışdı.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 41 matçda 40 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.