Mbappe PSJ-də qaldı – Rəsmi
- 2022-05-22 00:49
- 396
Fransa çempionu PSJ-nin hücumçusu Kilian Mbappe klubla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
Fransalı hücumçu ilə iyunda başa çatacaq müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.
23 yaşlı oyunçu 2018-ci ildən PSJ-də oynayır. Onu "Real" transfer etmək istəyirdi. Ancaq Mbappe Madrid təmsilçisinin təklifi rədd edərək hazırkı klubunda qalmağa qərar verib.