
Mbappe fitə basıldı
- 18 Okt 2022 16:00
- 384
PSJ-nin hücumçusu Kilian Mbappe Parisdə keçirilən "Qızıl top" mərasimi zamanı fitə basılıb.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, fransalı futbolçu qırmızı xalça üzərinə çıxanda azarkeşlərdən narazı fit səsi eşidilib.
Xatırladaq ki, daha əvvəl Mbappenin qış transfer pəncərəsində PSJ-dən ayrılmaq istədiyi bildirilirdi. Lakin sonradan futbolçu bu xəbərləri təkzib edib.
Əlavə edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 12 qol vurub və 1 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.