“Mançester Yunayted”in futbolçusu bir neçə həftə meydana çıxa bilməyəcək
- 09 Okt 2024 16:20
- 164
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr zədə səbəbindən bir neçə həftə meydana çıxa bilməyəcək.
Rekord.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
Premyer Liqasının 7-ci turunda "Astan Villa" ilə keçirilən matçda sol ayaq əzələsindən zədələnən 31 yaşlı oyunçu 1 aya yaxın futboldan uzaq qalacaq.
"Aston Villa" - "Mançester Yunayted" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.