Gəncədə yeni bir futbol məktəbi fəaliyyətə başlayıb.

Rekord.az xəbər verir ki, "Gəncə Yunayted" adlanan bu komandanın rəhbəri Gəncənin  tanınan futbol adamlarından olan Etibar İbrahimovdu. Pro kateqoriyalı mütəxəssis bu məktəbin artıq bir aydır fəaliyyət göstərdiyini bildirdi: "İşimlə bağlı Nigeriyada idim və yeni qayıtmışam. Oraya həm məşqçilərin master-klassı ilə bağlı getmişdim, həm də Baffi" turnirinə dəvət almışdım. Qayıdan kimi də işimin başına keçmişəm. Bu komandanı yaratmaqda əsas məqsədimiz  futbol şəhəri olan Gəncədə istedadlı futbolçuları tapıb üzə çıxarmaq, onların inkişafına nail olmaqdı. İlk olaraq, fərdi şəkildə məşqlərə başladıq. Artıq müraciət edənlərin sayı çoxaldığı üçün yaxın günlərdə kollektiv məşqlərə də keçəcəyik".


İbrahimov ad seçiminə də münasibət bildirdi. Üstəlik, komandanın geyiminin "Mançester Yunayted"in geyimi ilə oxşar olmasına da münasibət bildirdi: "Mən özüm uşaqlıqdan "Mançester Yunayet" azarkeşi olmuşam, bu kluba simpatiyamı gizlətmirəm. Futbol mentaliteti, azarkeş çılığınlığı baxımından da "Kəpəz"i, Gəncə futbolunu "Mançester Yunayted"lə, onun azarkeşləri ilə müqayisə edərdim. Bu mənada bu tip klubun Gəncədə də olmasını çox istəyirdim. "Mançester Yunayted"İn əfsanəsi Aleks Ferqyussona da böyük hörmətim var, onun seminarında da iştirak etmişəm, şəxsən görüşmək imkanım olub, mənə kitabını da bağışlamışdı.  Yəni bəli, "Gəncə Yunayted" seçimində "Mançester Yunayted" amilinin də rolu olub. İstəmişəm ki, bizim də belə bir klubumuz olsun. Çünki "Mançester Yunayted"də olan temp, dinamikə həmişə "Kəpəz"də də olub".


Etibar bəy gələcək hədəflərində klubu peşəkar statusta görmək istədiyini də bildirdi: "İşlərə uşaq futbolu ilə start versək də, sırf bununla yekunlaşdırmaq fikirim yoxdur. Böyük futbola keçdi haqda da planlarımız var. Düşünürəm ki, gələcəkdə Gəncə kimi şəhərə ikinci alternativ klub da lazımdı və bu niyə də bizim komanda olmasın? Düzdür, peşəkar klub formalaşdırmaq üçün maliyyə lazımdır və inanıram ki, Gəncənin imkanlı şəxslərindən də dəstək görəcəyik. Amma ən azı 1-2 ildən sonra regional səviyyədə bir komanda kimi də fəaliyyətə başlaya bilərik@.  


İbrahimov komandanın oyun fəlsəfəsi, iş sistemindən də danışdı: "Beynəlxaq, peşəkar təcrübəni əsas götürürük. Xüsusilə individual məşqlərdə "Kerver metodu" var, Yohan Kroyff metodu var,  bunların birləşməsindən olan metodan istifadı edirik.  Hansı ki, texniki və kardinativ tərəfləri özündə birləşdirir. Fitnesi isə Antonop Pintusun fəlsəfəsi, metodu ilə inkişaf etdiririk. Bu şəxs "Real"ın məşqçisidir".