
"Mançester Siti" Xviça üçün İtaliyaya skautlar göndərdi
- 21 Okt 2022 11:00
- 406
"Mançester Siti" "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transferini ciddi şəkildə düşünür.
Rekord.az "90 min football"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Gürcüstan millisinin üzvünü daha ətraflı təhlil etmək üçün İtaliyaya skautlar göndəriblər.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayında "Dinamo Batumi"dən "Napoli"yə keçib. 21 yaşlı futbolçu klubu ilə 14 matçda 7 qol vurub və 8 qolun ötürməsini verib. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına qədər hesablanıb.