
"Mançester Siti" İlkayı saxlamaq istəyir
- 19 Okt 2022 14:30
- 404
“Mançester Siti” İlkay Gündoğana yeni müqavilə təklif etməyə hazırlaşır.
Rekord.az “The Times”a istinadən xəbər verir ki, Almaniya millisinin üzvünə “Barselona”dan rəsmi təklif gəlib.
“Şəhərlilər” isə onu komandada saxlamaq istəyir. Buna görə də ingilislər onunla müqavilə müddətini yaxın günlərdə uzatmaq niyyətindədi.
Gündoğanın "Mançester Siti" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.