
“Mançester Siti” daha bir transferi rəsmən açıqladı
- 11 İyn 2025 16:20
- 60
"Mançester Siti" "Milan"ın yarımmüdafiəçisi Ticani Reyndersin transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu "şəhərlilər"lə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.
"Mançester Siti" "Milan"a bonuslar daxil olmaqla 70 milyon avro ödəyəcək.
Reynders ötən mövsüm A Seriyasında 37 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.