
Maksimov "Sumqayıt"a gəlir?
- 29 May 2025 14:00
- 290
"Sumqayıt"ın baş məşqçisi postuna daha bir namizədin kimliyi məlum olub.
Rekord.az-a daxil olan məlumata görə, bu şəxs Yuri Maksimovdu.
Əgər Sumqayıt təmsilçisi əcnəbi məşqçi ilə anlamağa qərar versə, bu mütəxəssis böyük ölçüdə Maksimov olacaq.
Qeyd edək ki, ukraynalı mütəxəssis daha öncə Azərbaycanda işləyib və "Keşlə" ilə ölkə kubokunu qazanıb.