
Mahmud Qurbanovdan "Kəpəz" açıqlaması
- 29 May 2025 16:00
- 551
Xəbər verdiyimi kimi, Gəncənin futbol veteranları müraciət yayaraq Mahmud Qurbanovu "Kəpəz"in baş məşqçisi görmək istədiklərini açıqlayıblar.
Rekord.az isə məsələyə Qurbanovdan münasibət öyrənib.
Veteran futbolçu saytımıza açıqlamasında bunları deyib: "Bəri başdan deyim ki, "Kəpəz"dən mənimlə heç kim əlaqə saxlamayıb. O ki qaldı veteranların müraciətinə, bəli, bundan xəbərim var. O veteranların çoxu ilə 90-cı illərdə futbol oynamışıq, "Kəpəz"ə böyük uğurlar qazandırmışdı. Cavan nəsil xatırlamasa da, mənim yaşda olanlar, məndən böyük yaşda olanlar bunları yaxşı xatırlayar. "Kəpəz" mənə doğma yerdi. Bu mənada həmin müraciəti normal qarşılayıram. O ki qaldı "Kəpəz"də işləməyim, əgər təklif olarsa, gələcək planları, hədəfləri müzakirə etməyə hazıram".