Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə “Holştayn Kil”in qonağı olub. 


Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.


Mahir əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 


Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.