Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov de Byazinin son açıqlamasına münasibət bildirib:

Rekord.az xəbər verir ki, Şükürov italiyalı məşqçini haqlı sayıb.

Səbəbini isə bu cür izah edib: “De Byazinin dedikləri ilə tanışam. Burada səhv nə var ki? Adam düz deyib də. Futbolçular xaraktersizdilər. Xarakterləri olsaydı, bu neçə gündə baş məşqçinin cavabını verərdilər. İndiyə qədər bir futbolçunun reaksiyasını görməmişəm. Mənə qorxaq və xaraktersiz desəydi, bu barədə fikir bildirərdim, cavab verərdim. Cavabı Canni de Byaziyə mesaj yazıb, millidəki işini davam etdirməsini arzulayanlar versin. Mənim mövqeyim budur”. (sportinfo.az)