
“Liverpul”un futbolçusu “Ayaks”da
- 19 İyn 2025 19:40
- 30
“Ayaks” heyətini yeni qapıçı ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Niderland klubu “Liverpul”dan Vitezslav Yaroşu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çexiyalı qolkiper 2026-cı ilin yayına kimi “Ayaks”da icarə əsasında çıxış edəcək.
23 yaşlı qapıçı başa çatan mövsümdə “Liverpul”la 2 oyuna çıxıb.