
“Liverpul” Virtsin transferini rəsmən açıqladı
- 20 İyn 2025 23:55
- 29
“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtsin transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı almaniyalı futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer”ə 150 milyon avro ödəyib. Virtsin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib.
Virts geridə qalan mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 qolun ötürməsi ilə yadda qalıb.