Bildiyiniz kimi, ölkə kubokunun ikinci təsnifat mərhələsində "Lerik" - "Sumqayıt" matçı Lənkəranda oynanılmalı olsa da, sonradan matçın yeri dəyişdirildi və Sumqayıta təyin olundu.

Rekord.az xəbər verir ki, matç "Sumqayıt"ın istəyi ilə bu şəhərdə baş tutub.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt təmsilçisi "Lerik"in bütün səfər xərcini də öz üzərinə götürüb.