Lənkəranda UEFA C kursu keçirilib
- 13:00
- 32
AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.
Rekord.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib.
Ona yerli məşqçilər Rövşən Süleymanov və Cavid Quliyev köməklik göstəriblər.
Kursun ikinci mərhələsi mayın 5-dən 8-dək, üçüncü mərhələsi mayın 26-dan 29-dək, dördüncü mərhələsi isə iyunun 15-dən 20-dək olacaq.