
La Liqa klubundan 37 yaşlı futbolçu ilə yeni müqavilə
- 10 May 2023 18:00
- 321
İspaniyanın "Vilyarreal" klubu təcrübəli futbolçusu Raul Albiolla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayına qədər artırılıb.
Xatırladaq ki, Raul Albiol 2019-cu ildən "Vilyarreal"da çıxış edir. İspaniyalı oyunçu daha əvvəl ölkəsində "Real", “Xetafe” və “Valensiya” İtaliyada "Napoli" kimi klubların formasını geyinib.