“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqada “Elçe”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, 3:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Son iki oyundan sonra bu matçda qələbə qazanmalı idik. İkinci hissə möhtəşəm oynadıq və qarşılaşmanın nəticəsini həll etdik. İlk hissədə daha yaxşı olmalı idi. Heyətdəki dəyişikliklər sıx qrafiklə bağlıdır. Futbolçular yorulur və zəifləyirlər.

Mövsümün əvvəlində çox xal itirdik, xüsusilə də, ev oyunlarımızda. Qələbələrin davamı gəlməsə, bizim üçün hər şey bitə bilər”.

“Barselona” La Liqada 50 xalla 3-cü sıradadır.