
“Kubokun final matçı maraqlı olacaq” - Berezutski
- 29 May 2025 16:22
- 55
“Azərbaycan Kubokunun final matçı maraqlı olacaq”.
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir".
Baş məşqçi bir aydır ki, bu oyuna hazırlaşdıqlarını söyləyib. O, paytaxt təmsilçisindəki taleyi ilə bağlı da danışıb:
"Söz-söhbətlər bizə təsir etmir. Hamımız kubokun finalına köklənmişik. Mətbuatı oxumuram, yazılan informasiyalar mənə təsir etmir. Final matçını gözləyək. Sonra danışa bilərik".
Berezutski finaldakı şanslardan söz açıb:
"Futbolçu və məşqçi kimi hər zaman qələbə üçün əlimdən gələni etmişəm. Qalib gəlmək üçün mübarizə aparmalı və döyüşməliyik. "Qarabağ" bu oyuna motivasiyalı çıxacaq. Şanslar bərabərdir. Rəqib favorit sayılır. Amma güllə açılmamış yıxılmaq lazım deyil". (Report)
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.