
Klublarımızın Konfrans Liqasındakı rəqibləri bəlli oldu
- 16:40
- 67
"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" isə "Aris" (Yunanıstan) kollektivi ilə qarşılaşacaq.
Tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah"ın da potensial rəqibi bəlli olub. Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya "Selye"sinə məğlub olarsa, qitənin üçüncü səviyyəli klub turnirində "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq.
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.