
Klublar AFFA-dan bunu tələb edir
- 11 May 2023 19:00
- 601
Bu yaxınlarda keçirilən Klublar Komitəsinin iclasında daha bir maraqlı məsələ müzakirə olunub.
Rekord.az-a daxil olan məlumata görə, iştirakçılar AFFA prezidenti Rövnəq Abdullayevdən legioner limitinin 7+4-dən 8+3-ə qədər qaldırılmasını da xahiş ediblər.
Buna səbəb kimi isə səviyyəli yerli futbolçunun qltlığı əsas gətirilib. İndiki halda əksər yerli futbolçular layiq olmasalar belə, limit səbəbindən əsas heyətdə oyunlara çıxırlar. Abdullayev isə məsələnin İcraiyyə Komitəsində müzakirəsinin mümkünlüyündən danışıb.