"Liverpul"un futbolçusu Sadio Mane turnirlərdəki şansları haqda danışıb.

Rekord.az xəbər verir ki, o, ESPN-ə açıqlamasında bununla bağlı deyib:

“Mövsümün əvvəlində Çempionlar Liqası, Premyer Liqa və kubok turnirlərini hədəf alırdıq.

Deyə bilərəm ki, Premyer Liqada bu dəqiqə bizim üçün hər şey bitdi, çünki xal fərqi çox böyükdür. Zehni olaraq özümüzə heç vaxt təslim olmamağı söyləyirik və belə də düşünməyə davam edəcəyik.

Lider "Mançester Siti" əla komandadır. Premyer Liqada əsas hədəfimiz ilk 4-ə düşməkdir. Və Çempionlar Liqası.

Bilirik ki, bu asan olmayacaq, çünki Avropanın ən yaxşı komandalarını məğlub etməliyik. Çempionlar Liqasını qazanmağa çalışacağıq ”dedi Mane.