"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"dəki həmkarı Pep Qvardiolanın 4 il istirahət etməsini istəyir.

Rekord.az "This Is Anfield"ə istinadən xəbər verir ki, mütəxəssis "Qvardiolanın müqaviləsi yayda bitir.

Onun " Mançester Siti" də qalmasını istərdinizmi?" sualını belə cavablandırıb: "Xeyr, Pepin dörd illik məzuniyyətə getməsinə üstünlük verərdim. Bəli, yüz faiz. Ümumiyyətlə, onun son dörd ildə məzuniyyətdə olmasına üstünlük verərdim. Təbii ki bu həm də zarafatdır.

Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Bunu hər zaman, hər gün sübut edir".