
KL: Həftənin oyunçusu adına 4 namizəd
- 12 May 2023 10:44
- 371
Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu ada dörd namizəd var.
Bunlar Deklan Rays, Səid Benrahma (hər ikisi “Vest Hem", İngiltərə), Kristiano Biraqi ("Fiorentina", İtaliya) və Andi Diufdur ("Bazel", İsveçrə).
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində aydınlıq gələcək.