Ukraynanın ən köklü və titullu klubu olan Kiyev “Dinamo”sunun Bakıya gəlmək ehtimalı var. “Rekord.az”-ın əldə etdiyi məlumata görə, təşəbbüskar tərəf Ukraynanın Azərbaycandakı səfirliyidir. Qurum yaxın vaxtlarda bu komanda ilə ölkəmizin güclü klublarından biri ilə yoldaşlıq görüşü keçirilməsi barədə ilkin razılıq əldə edib. Məlumata görə, “Dinamo”nun rəqibi “Qarabağ” olacaq.