"Şamaxı"dan ayrılacağı gün məsələsi olan Tərlan Quliyevə daha bir təklif gəlib.

Rekord.az xəbər verir ki, uzun müddətdir təcrübəli oyunçu ilə maraqlanan "Kəpəz"ə yeni rəqib "Səbail"di.

Büdcəsi artırılan, növbəti mövsüm daha iddialı olmağı hədəfləyən paytaxt klubu Quliyevi heyətinə qatmaqda maraqlıdır.

31 yaşlı oyunçuya təklif də göndərilib. Milli komandanın sabiq üzvü isə hələ qərar verməkdə tələsmir. O, "Şamaxı"dan rəsmi ayrılmasını gözləyir. Məhz onda sonra bütün fikirlər yeni təkliflərə yönələcək. (sportinfo.az)