Adil Şükürov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.


Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb. 


Adil Şükürov bu komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.