
"Kəpəz"dən niyə xəbər yoxdu?
- 11:00
- 128
"Kəpəz"dəki rəhbər dəyişikliyini çoxları həm də yeni sponsorun gəlişi kimi qəbul etdi.
Rekord.az xəbər verir ki, çoxları idarə heyətinin yeni sədri Namiq Qədirovu həm də sponsor kimi qəbul etdi və düşündü ki, bununla da maddi sıxıntı bitdi, komanda avrokuboklara oynayacaq.
Lakin aradan xeyli zaman keçsə də, hələ ki, komanda ilə bağlı müsbət mənada yeni heç nə yoxdur. Yeni baş məşqçinin kimliyi, həmçinin komandanın yay hazırlıq planı bilinmir. Yeni transfer də yoxdur, əvəzində gedənlər var. Bəs "Kəpəz"də niyə sakitçilikdi, niyə hazırlıq planı hələ də açıqlanmır? Əldə etdiyimiz məlumata görə, burada əsas səbəb büdcənin təsdiqlənməməsidir. Öncəki illərdə İlqar Nadiri yay hazırlığının xərclərini cibindən qarşılayırdı. Hazırda isə o, rəhbər postdan getdiyi üçün məntiqli olaraq, bu addımı atmır. Qədirov isə görünür ki, AFFA-dan gələcək vəsaiti gözləyir və hələ ki, cibindən pul xərcləməyə tələsmir. Belə olan halda isə hazırlığa başlamaq mümkün olmur.