
“Kəpəz” seçimlərə başlayır
- 03 İyn 2025 18:30
- 604
“Kəpəz” Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir. Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq.
Seleksiya prosesi klubun məşq mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.