"Kayserispor" baş məşqçi postunda dəyişiklik edib.


Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Sergey Yakiroviçlə vidalaşıb.


Klub rəhbərliyi onun əvəzində Markus Gisdolla anlaşıb. "Sarı-qırmızılar" alman mütəxəssislə 2 illik müqavilə barədə razılıq əldə ediblər.


Gisdol daha əvvəl - 2023/2024 mövsümündə Türkiyədə "Samsunspor"un baş məşqçisi olub.