"Cenoa" baş məşqçisi Patrik Vieyra ilə yeni müqavilə imzalayıb. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Tərəflər arasındakı yeni razılaşma 2027-ci ilin yayına qədərdir. 

Əvvəlki müqavilə 2026-cı ilin yayına qədər idi. 


Vieyra "Cenoa"ya ötən ilin noyabr ayında təyin olunub. Onun komandası başa çatan mövsümü 43 xalla 13-cü yerdə başa vurub.