
İtaliya klubu baş məşqçisiylə vidalaşdı
- 28 May 2022 17:21
- 477
İtaliya A Seriyasında baş məşqçi ayrılığı reallaşıb.
Rekord.az xəbər verir ki, “Verona” klubu baş məşqçi İqor Tudorla yollarını ayırıb. 44 yaşlı mütəxəssisin müddəti başa çatan müqaviləsi yenilənməyib.
Tudor 2021-ci ilin sentyabr ayından “Verona”nı çalışdırırdı.
“Verona” xorvatiyalı məşqçinin rəhbərliyi altında İtaliya A Seriyasını 53 xalla 9-cu pillədə başa vurub.