Avropa Liqasının yarımfinalçıları müəyyənləşib.

Rekord.az xəbər verir ki, buna 1/4 finalın cavab qarşılaşmalarından sonra aydınlıq gəlib.

İspaniya təmsilçilərindən “Selta” “Frayburq”a, “Betis” isə “Braqa”ya uduzaraq mübarizəni dayandırıb.

İngiltərə klublarından isə “Nottingem Forest” “Portu”nu, “Aston Villa” da “Bolonya”nı mübarizədən kənarlaşdırıb.

Yarımfinalda “Braqa” “Frayburq”a, “Aston Villa” “Nottingem Forest”ə rəqib olub.

Avropa Liqası
1/4 final, cavab oyunları

16 aprel

Selta (İspaniya) – Frayburq (Almaniya) 1:3
Qollar: Svedberq, 90+1 – Matanoviç, 33. Suzuki, 39; 50.
İlk oyun – 0:3

Betis (İspaniya) – Braqa (Portuqaliya) 2:4
Qollar: Antoni, 13. Ezzalzuli, 26 – Viktor, 38. V.Karvalyo, 49. Horta, 53-pen. Qorbi, 74.
İlk oyun – 1:1

Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya) 1:0
Qol: Gibbs-Uayt, 12.
İlk oyun – 1:1

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 4:0
Qollar: O.Uotkins, 16. Buendiya, 26. M.Rocers, 39. Konsa, 89.
İlk oyun – 3:1