İspaniyanın “Valensiya” klubu Gürcüstandan olan qapıçısı Georgi Mamardaşvili ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı qolkiperlə müddəti 2027-ci ilin 30 iyununa qədər olan yeni sözləşmə imzalanıb. Mamardaşvili “Valensiya”ya ilk dəfə 2021-ci ilin iyulunda icarə əsasında qoşulub. Ötən ilin son günündə isə ispanlar futbolçunun müqavilə ilə məxsus olduğu Tiflis “Dinamo”suna 850 min avro ödəməklə onun transfer hüquqlarını da alıb. Gənc qolkiper artıq İspaniya klubunun əsas komandasında 27 oyun keçirib.

Mamardaşvili ötən ildən dəvət aldığı Gürcüstanın əsas milli komandasında da 3 rəsmi matça çıxıb.