İsayevin durumuna bu gün aydınlıq gələcək
- 05 Dek 2022 14:45
- 408
“Şamaxı” ilə oyunun 75-ci dəqiqəsində zədələnərək meydançanı vaxtından əvvəl tərk edən "Sabah"ın futbolçusu Aleksey İsayevin durumuna bu gün aydınlıq gələcək.
Klubdan Rekord.az-a verilən məlumata görə, futbolçuya MRT müayinəsi olunacaq.
Yalnız bundan sonra zədənin nə qədər ciddi olub-olmadığı və futbolçunun neçə müddət yaşıl meydançalardan kənar qalacağı məlum olacaq.