Mövsümün əvvəlində səsli-küylü bəyanatlar verən, geniş toplantı keçirib iddialı açıqlamalar səsləndirən "İrəvan" hazırda ağır dönəm yaşayır.

Rekord.az xəbər verir ki, son turda evdə "İmişli"yə uduzan komandanın Premyer Liqa arzuları da xəyala dönür.

Hazırda "İrəvan" 20 xalla 6-cı pillədə qərarlaşıb və lider "Qaradağ Lökbatan"dan 8 xal geri qalır. Amma problem tək futbolla bağlı deyil. Mövsümün əvvəlində komandanın maliyyəsininin böyük hissəsini üzərinə götürən "Qərbi Azərbaycan İcması" da komandaya heç bir maddi dəstək olmadı. Bu yaxınlarda isə  İdarə heyətinin sədri Zülfüqar Kazımov da "İrəvan"ı tərk edib. Daha öncə Alı Alıyev də "İrəvan"da gələcəyini görmədiyi üçün komandadan ayrılmışdı. Aldığımız son məlumata görə, bu gedişlə komandanım gələcəyi də sual altına düşüb və ola bilsin ki, mövsüm başa çatandan sonra komanda fəaliyyətini dayandırsın.