
“İnter” xorvat futbolçu ilə gücləndi
- 04 İyn 2025 21:00
- 48
"İnter" xorvatiyalı futbolçu transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan kollektivi "Dinamo"da (Zaqreb, Xorvatiya) çıxış edən Petar Suçiçi heyətinə qatıb.
21 yaşlı futbolçunun keçidi "İnter"ə 14 milyon avroya başa gəlib.
Suçiç ötən mövsüm "Dinamo"nun heyətində 32 oyuna 7 qol vurub.