
“İnter” növbəti transferini açıqladı
- 07 İyn 2025 18:00
- 41
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransanın “Olimpik” (Marsel) komandasından yarımmüdafiəçi Luis Enrike heyətə cəlb olunub. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Luis Enrike 2024/2025 mövsümündə Marsel klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.