İngiltərə millisinin sabiq üzvü karyerasını başa vurur
- 22:20
- 32
İngiltərə millisinin sabiq futbolçusu Eşli Yanq karyerasını başa vurur.
Rekord.az xəbər verir ki, "İpsviç Taun"da çıxış edən 40 yaşlı cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında yazıb.
O, mayın 2-də karyerasının son oyununa çıxacağını açıqlayıb.
"İpsviç Taun" Çempionşipin 46-cı turunda KPR ilə üz-üzə gələcək.
Yanq İtaliyada "İnter", ölkəsində "Mançester Yunayted", "Aston Villa", "Everton" və "Uotford" klublarının formasını geyinib.