
İngiltərə ilk dəfə afrikalılara uduzdu, Tuxeli istefaya səslədilər
- 11 İyn 2025 15:40
- 55
İngiltərə millisinin tarixində bir ilk yaşanıb.
Rekord.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
İngiltərə yığması ötən gecə Seneqala qarşı yoldaşlıq görüşündə uduzub - 1:3.
Bu, İngiltərə millisinin tarixinə hər hansı bir Afrika komandasına ilk məğlubiyyət kimi düşüb.
Daha əvvəl Afrika komandaları ilə 21 matçda ingilislər 15 qələbə qazanıblar, 6 heç-heçə ediblər.
İngiltərə millisinin bəzi azarkeşləri baş məşqçi Tomas Tuxeli istefaya səsləyiblər. Fanatların əksəriyyəti rəqibin üçüncü qolundan sonra Nottinqemdəki stadionu tərk ediblər və bir neçəsi mütəxəssisin istefasını istəyiblər.
Tuxel bu ilin əvvəlində İngiltərənin baş məşqçisi təyin edilib.