
"İmişli"nin Ağsuya köçü dəqiqləşir
- 13:00
- 96
Böyük ehtimalla yayılan xəbərlər öz əksini tapacaq və "İmişli" yeni mövsümdən rəqiblərini Ağsuda qəbul edəcək.
Rekord.az xəbər verir ki, artıq çempionatın yayım hüququna sahib olan "CBC Sport" əməkdaşları da sözügedən stadiona gedib şəraitlə tanış olub.
İmişli futboluna yaxın mənbələrdən daxil olan məlumata görə, İmişli stadionunda da heç bir təmir işi aparılmır və buna hazırlıq da görülmür. Halbuki Yevlaxda müəyyən işlərə start verilib. Bütün bunlar onu deməyə əsas verir ki, "İmişli" ən azı qışa qədər ev oyunlarını Ağsuda keçirəcək.