Premyer Liqaya vəsiqə qazanan "İmişli" və "Qəbələ" "Qarabağ"ın bir neçə futbolçunun xidmətində maraqlıdır.

Rekord.az-a daxil olan məlumata görə, həmin futbolçular əvəzedici komandanın üzvləri olsalar da, zaman-zaman Qurban Qurbanov tərəfindən əsas komandanın məşqlərinə də cəlb olunurlar. 

Sözügedən klublar bu futbolçuları icarəyə götürmək istəyir. "Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev saytımıza açıqlamasında ad çəkməsə də, belə bir məsələnin gündəmdə olduğunu təsdiqlədi: "Konkret klub adı çəkməyim düzgün çıxmaz. Çünki keçid alınmaya da bilər və bu, futbolçulara pis təsur göstərər. Amma belə bir məsələ var və futbolçularımızla bağlı bizə təkliflər var. Sadəcə, bəzi məsələləri danışmaq lazımdır. Bizim də müəyyən şərtlərimiz var. Futbolçumuz ora gedirsə, oynamalıdır. Futbolçunun inkişafı üçün daha çox oynaması şərtdi".