
İlham Əliyev dünya çempionu olan Azərbaycan millisinin üzvlərini qəbul edib
- 02 İyn 2025 17:40
- 76
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Rekord.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.