
Honda Bakıya aşpaz və mətbuat katibi də gətirib: aylıq xərc nə qədər çıxır?
- 20 Mar 2021 13:00
- 980
«Neftçi» ilə 2 aylıq müqavilə bağlayan Keysuke Hondanın özüylə Bakıya xüssui ekip gətirdiyini bilirsiz.
Rekord.az xəbər verir ki, yaponiyalı legioneri burada şəxsi aşpazı və fiziki hazırlıq üzrə məşqçi ilə yanaşı, mətbuat katibi müşaayiət edir.
Onların 1 aylıq xərci paytaxt klubuna 28-30 min dollara başa gələcək. Hər halda «ağ-qaralar» Asiya ölkəsindən olan müsafirləri üçün şəhərin mərkəzində bahalı ev kirayə götürüb, ixtiyarlarına avtomobil və sürücü verib.
Üstəlik, SOCAR-ın pulsuz benzin kartı Hondanın təmsilçilərinə hədiyyə olunub. Bir neçə yüz manatlıq kart neft şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində keçərlidir.