
Gürcü futbolçular Fransada qarət edildilər
- 15:30
- 38
Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.
Rekord.az "Geo Team"a istinadən xəbər verir ki, hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.
Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.
Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi "Sent-Etyen" isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.