
Göygöldə Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirə qeydiyyat başladı
- 11 May 2023 18:30
- 377
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə Göygöl Kubokuna qeydiyyat elan edilib.
Rekord.az xəbər verir ki, qeydiyyat üçün son müraciət tarixi 13 maydır.
Kubok yarışı 15- 25 may 2023cü il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.